`Azəriqaz`dan daha bir biabırçılıq...
DİA.AZ: - "Bu dəfə Ucar rayonunda... Bizə yazdılar - biz yazdıq, araşdırma və dəqiqləşdirmək isə sahə üzrə məsul şəxslərdən..." DİA.AZ bildirir ki, bu açıqlama ilə növbəti dəfə "Azəriqaz" yetkililərinin özbaşınalığını ifşa edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı çıxış edib.

Qeyd edək ki, M.Qəhrəmanlının açıqladığı faktda bu dəfə həm də keçmiş oliqarx-məmurlardan olan Ziya Məmmədovun da adı keçir. Beləliklə...

DİA.AZ hüquq-müdafiəçisinin açıqlamasını təqdim edir:

"Ucar rayonu Qazıqumlaq kəndində keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun villa kompleksinin qarşısından keçən PE-160 mm orta təzyiqli qaz xəttinin 70 metr hissəsinin 8 metr yeri heç bir sənəd olmadan Azəriqaz Ağsu RQİİ, Ucar XS (rəis Pərviz Ədilov) tərəfindən müəyyən “razılaşma”əsasında dəyişidirilib.

Və həmən ərazidə Ziya Məmmədovun bacısnın əri İlqar obyekt tikdirib.

Xətt indi təzə tikilinin divarının yanından - şam ağaclarının altından keçir.

Yeri sənədsiz dəyişdirilmiş köhnə qaz xəttini əvvəl keçdiyi ərazinin altında tapa bilərlər".

Qeyd edək ki, bu faktın özü barəsində dərhal hüquqi araşdırma başladıla bilər... Əgər dövlət marağı aidiyyatı qurumlara güc gələrsə...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti